Ukrayna milli komandasının baş məşqçisi Andrey Şevçenko AÇ-2020-nin 1/8 final mərhələsində İsveçi məğlub etdikləri oyundan (2:1) sonra fikirlərini bildirib.

Ukrayna milli komandasının baş məşqçisi Andrey Şevçenko Aç-2020-nin 1/8 final mərhələsində İsveçi məğlub etdikləri oyundan (2:1) sonra fikirlərini bildirib.
 
Matc.az xəbər verir ki, ukraynalı mütəxəssis, bu nəticəni əldə etmək üçün çox çalışdıqlarını deyib:
 
"Bu nəticəni əldə etmək üçün çox çalışdıq. Seçdiyimiz plan düzgün oldu. Rəqibin kiminlə hücuma çıxacağını bilirdik. Bütün komandaya çəkdikləri əziyyətə görə təşəkkür edirəm. İki komanda da məğlub olmaq istəmirdi. Qələbəni qeyd edib, Romaya yola düşəcəyik və növbəti oyunumuza hazırlanacağıq".
 
Ukrayna yığması 1/4 finalda İngiltərə ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest