Avropa çempionatında yarımfinal oyunları 6-7 iyulda, final matçı isə 11 iyulda keçiriləcək.

Futbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinin bütün cütlərinin tərkibi müəyyənləşib. Matc.az xəbər verir ki, Belçika, İtaliya, Danimarka, çexiya, İspaniya və İsveçrənin ardından bu gün İngiltərə və Ukrayna yığmaları da 1/4 finala vəsiqə qazandı.
 
Beləliklə, növbəti mərhələdə İsveçrə İspaniyaya, Belçika İtaliyaya, çexiya Danimarkaya, Ukrayna isə İngiltərəyə rəqib olub. 1/4 finala iyulun 2-də start veriləcək. İlk oyun günündə İsveçrə – İspaniya və Belçika – İtaliya görüşləri baş tutacaq. Digər iki oyun isə iyulun 3-də keçiriləcək. Həmin oyunlardan birincisi Azərbaycanda keçiriləcək. Belə ki, Bakı Olimpiya Stadionunda çexiya və Danimarka yığmaları qarşılaşacaq. Sonuncu yarımfinalçının adına isə Ukrayna - İngiltərə matçında aydınlıq gələcək.
 
Qeyd edək ki, Avropa çempionatında yarımfinal oyunları 6-7 iyulda, final matçı isə 11 iyulda keçiriləcək.
 
Aç-2020
1/4 final
 
2 iyul
 
20:00. İsveçrə – İspaniya
Sankt-Peterburq. Yeni Zenit stadionu.
 
23:00. Belçika – İtaliya
Münhen. "Alyans Arena".
 
3 iyul
 
20:00. çexiya – Danimarka
Bakı. Olimpiya stadionu.
 
23:00. Ukrayna – İngiltərə
Roma. Olimpiko stadionu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest