Aç-2020-nin 1/8 final mərhələsi çərçivəsində keçirilmiş İngiltərə - Almaniya matçının ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, İngiltərə yığmasının müdafiəçisi Harri Maquayr bu görüşün ən yaxşısı seçilib.
 
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında pay sahiblərindən birinə çevrilib.
 
Qeyd edək ki, İngiltərə - Almaniya matçı 2:0 hesabıyla başa çatıb. Nəticədə ingilislər 1/4 finala vəsiqə qazanıblar.
 
Maquayr "Mançester Yunayted" klubunun formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest