Futbol üzrə İsveçrə yığması 67 illik həsrətə son qoyub.  Matc.az xəbər verir ki, sözügedən komanda buna Aç-2020-nin 1/8 finalında Fransa yığmasını mübarizədən kənarlaşdırmaqla nail olub.
 
Məsələ burasındadır ki, İsveçrə yığması çoxdan idi böyük turnirlərdə ən güclü 8 komanda arasında yer ala bilmirdi. Bu komanda sonuncu dəfə Dç-1954-ün 1/4 finalında mübarizə aparmaq hüququ qazanmışdı.
 
Qeyd edək ki, Fransa - İsveçrə matçının əsas və əlavə vaxtı 3:3 hesabıyla başa çatıb. Qalib isə penaltilər seriyasında müəyyənləşib. 5:4 hesabıyla qalib gələn isveçrəlilər böyük sürprizə imza ataraq fransızları mübarizədən kənarlaşdırıblar.
 
İsveçrə yığması Aç-2020-nin 1/4 finalında İspaniya ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest