Futbol üzrə Avropa çempionatlarında yeni qol rekordu qeydə alınıb. Matc.az xəbər verir ki, bu, Aç-2020-nin 1/8 final mərhələsi çərçivəsində baş tutan Xorvatiya – İspaniya matçına təsadüf edib.
 
Bu oyun 5:3 hesabıyla ispanların xeyrinə bitib. Qarşılaşmanın 85-ci dəqiqəsində Xorvatiya yığmasının futbolçusu Mislav Orşiçin vurduğu qol isə tarixə düşüb. O, Aç-2020-də vurulan 109-cu qolun müəllifi olub. Bununla da Aç-2016-dakı 108 qolluq rekord yenilənib.
 
Qeyd edək ki, 24 komandanın iştirakı ilə keçirilən Aç-2020-də artıq 118 qol qeydə alınıb. Turnirin sonuna qədər daha 9 qarşılaşma keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest