"Bu, həyatımın ən yaxşı oyunlarında biri idi. Rəqibin favorit olduğunu bilirdik. Bu səbəbdən, əlimizdən gələni etməli idik". Matc.az xəbər verir ki, bu fikirləri çexiya millisinin baş məşqçisi Yaroslav Şilqavı Niderlandı 2:0 hesabı ilə məğlub etdikləri Avropa çempionatının 1/8 final mərhələsinin oyunundan sonra deyib.
 
60 yaşlı mütəxəssis mərhələ adlamalarından çox xoşbəxt olduğunu bildirib. Şilqavı rəqibin qırmızı vərəqə almasına baxmayaraq, 10 oyunçu ilə də yaxşı çıxış etdiyini söyləyib.
 
Baş məşqçi iyulun 3-də Bakıda Danimarka seçməsinə qarşı keçirəcəkləri 1/4 final qarşılaşması ilə bağlı da danışıb: "Yığma xaricdə çox oynamağa və səyahət etməyə vərdiş edib. Bu çətinliklə qarşılaşacağıq. Amma həvəslə səyahət edəcəyik".
 
Qeyd edək ki, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək çexiya - Danimarka oyunu saat 20:00-da başlayacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest