Futbol üzrə Avropa çempionatı davam edir. Matc.az xəbər verir ki, bu gün Aç-2020-nin 1/8 final mərhələsina yekun vurulub.

Mərhələnin sonuncu oyun günündə daha iki görüş baş tutub. Əvvəlcə Londondakı "Uembli" stadionunda meydan sahibi İngiltərə yığması Almaniya ilə üz-üzə gəlib. İngilislər inamlı qələbə sayəsində növbəti mərhələyə vəsiqə qazanıblar.

Günün digər qarşılaşması isə Qlazqodakı "Hempden Park" stadionunda keçirilib. Burada İsveç və Ukrayna yığmaları 1/4 finala vəsiqə uğrunda mübarizə aparıblar. Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşıb. Bu üzdən də əlavə vaxt təyin olunub. Əlavə vaxtın ilk yarısında İsveç yığması azlıqda qalıb. Ukraynalılar bu şansdan ikinci 15 dəqiqənin sonlarında istifadə ediblər və çətin qələbə sayəsində növbəti mərhələyə yüksəliblər.

Aç-2020
1/8 final
29 iyun

İngiltərə – Almaniya 2:0
Qol: R.Sterlinq, 75. H.Keyn, 86.
Baş hakim: Danni Makkeli (Niderland).
London. "Uembli" stadionu.

İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 3. Lyuk Şou, 4. Deklan Rays, 5. Con Stounz, 6. Harri Maquayr, 9. Harri Keyn (k), 10. Rahim Sterlinq, 12. Kiran Trippyer, 14. Kelvin Fillips, 25. Bukayo Saka.
Almaniya: 1. Manuel Noyer (k), 2. Antonio Rüdiger, 4. Mattias Ginter, 5. Mats Hummels, 6. Yozua Kimmix, 7. Kay Haverts, 8. Toni Kroos, 11. Timo Verner, 18. Leon Qoretska, 20. Robin Qosens, 25. Tomas Müller.

İsveç – Ukrayna 1:2
Qol: E.Forsberq, 43 – A.Zinçenko, 27. A.Dovbik, 120+1.
Qırmızı vərəqə: M.Danielson, 99.
Baş hakim: Daniele Orsato (İtaliya).
Qlazqo. "Hempden Park" stadionu.

İsveç: 1. Robin Olsen, 2. Mikael Lustiq, 3. Viktor Lindelöf, 6. Lüdviq Auqustinsson, 7. Sebastyan Larsson (k), 8. Albin Ekdal, 10. Emil Forsberq, 11. Aleksandr İsak, 20. Kristoffer Olsson, 21. Deyan Kuluşevski, 24. Markus Danielson.
Ukrayna: 1. Georgi Buşçan, 4. Sergey Krivçov, 5. Sergey Sidorçuk, 6. Taras Stepanenko, 7. Andrey Yarmolenko (k), 9. Roman Yaremçuk, 10. Mikola Şaparenko, 13. İlya Zabarnı, 17. Aleksandr Zinçenko, 21. Aleksandr Karavayev, 22. Mikola Matviyenko.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest