Futbol üzrə Belçika milli komandasının futbolçusu Kevin de Breyne zədələnib. Matc.az xəbər verir ki, yığmanın yarımmüdafiəçisi Aç-2020-nin 1/8 final mərhələsinin Portuqaliya ilə matçında sıradan çıxıb.
 
De Breyne zədə səbəbilə meydanı tərk edib. Yarımmüdafiəçi qarşılaşmanın 48-ci dəqiqəsində Dris Mertenslə əvəzlənib.
 
Kevinin son durumu tibbi müayinədən sonra bilinəcək.
 
Belçika Portuqaliyanı 1:0 hesabıyla məğlub edərək 1/4 finala yüksəlib. Komanda bu mərhələdə İtaliya seçməsi ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest