Futbol üzrə Avropa çempionatı davam edir. Matc.az xəbər verir ki, bu gün Aç-2020-nin 1/8 final mərhələsi çərçivəsində daha iki oyun baş tutub. Əvvəlcə Kopenhagendəki "Parken" stadionunda Xorvatiya və İspaniya yığmaları üz-üzə gəlib. Bu qarşılaşmanın əsas vaxtında qapılara 6 qol vurulsa da, qalib müəyyənləşməyib. Bu üzdən əlavə vaxta ehtiyac duyulub. Son yarım saatda daha iki qol vuran ispanlar 1/4 finala yüksəliblər.

Günün digər matçı Buxarestdə, Fransa və İsveçrə milli komandaları arasında keçirilib. Bu oyunda hesabı isveçrəlilər açıblar. Fasilədən sonra bu komanda penalti də qazanıb. Lakin Rikardo Rodriqesin zərbəsini rəqib qapıçı dəf edib. Məhz bu epizodun ardından fransızlar ardıcıl üç qol vurublar. Amma İsveçrə yığması sonadək mübarizə apararaq hesabı bərabərləşdirməyə nail olub. Əlavə vaxtda isə hesab dəyişməyib. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən İsveçrə yığması böyük sürprizə imza ataraq 1/4 finala vəsiqə qazanıb.

Xatırladaq ki, daha öncə İtaliya, Danimarka, çexiya və Belçika yığmaları 1/4 finala vəsiqəni təmin edib.

Aç-2020
1/8 final
28 iyun

Xorvatiya – İspaniya 3:5
Qollar: Pedri, 20-öz qapısına. M.Orşiç, 85. M.Paşaliç, 90+2 – P.Sarabiya, 38. S.Aspilikueta, 57. F.Torres, 77. A.Morata, 100. M.Oyarzabal, 103.
Baş hakim: Cüneyt çakır (Türkiyə).
Kopenhagen. "Parken" stadionu.

Xorvatiya: 1. Dominik Livakoviç, 5. Duye çaleta-çar, 8. Mateo Kovaçiç, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 13. Nikola Vlaşiç, 17. Ante Rebiç, 20. Bruno Petkoviç, 21. Domaqoy Vida, 22. Yosip Yuranoviç, 25. Yoşko Qvardiol.
İspaniya: 23. Unai Simon, 2. Sesar Aspilikueta, 5. Serxio Buskets (k), 7. Alvaro Morata, 8. Koke, 11. Ferran Torres, 12. Erik Qarsiya, 14. Xose Qaya, 22. Pablo Sarabiya, 24. Aymerik Laporte, 26. Pedri.

Fransa – İsveçrə 3:3 (penaltilər 4:5)
Qollar: K.Benzema, 57; 59. P.Poqba, 75 – H.Seferoviç, 15; 81. M.Qavranoviç, 90.
Matçın 55-ci dəqiqəsində R.Rodriqes penaltidən yararlana bilməyib (qapıçı).
Baş hakim: Fernando Andres Rapallini (Argentina)
Buxarest. Milli stadion.

Fransa: 1. üqo Lyoris (k), 2. Benjamin Pavar, 3. Presnel Kimpembe, 4. Rafael Varan, 5. Kleman Lanqle, 6. Pol Poqba, 7. Antuan Qrizmann, 10. Kilian Mbappe, 13. Nqolo Kante, 14. Adrien Rabyo, 19. Kərim Benzema.
İsveçrə: 1. Yan Zommer, 3. Silvan Vidmer, 4. Niko Elvedi, 5. Manuel Akanci, 7. Bril Embolo, 8. Remo Froyler, 9. Haris Seferoviç, 10. Qranit Caka (k), 13. Rikardo Rodriqes, 14. Stiven Zuber, 23. Cerdan Şakiri.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest