Aç-2020-nin 1/8 final mərhələsi çərçivəsində keçirilmiş Belçika - Portuqaliya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
 
Matc.az xəbər verir ki, çexiya yığmasının yarımmüdafiəçisi Torqan Hazard bu görüşün ən yaxşısı seçilib.
 
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında əsas pay sahiblərindən birinə çevrilib. Belə ki, belçikalıları 1/4 finala çıxaran yeganə qolu da rəqib qapısından məhz Torqan vurub.
 
Qeyd edək ki, Belçika - Portuqaliya matçı 1:0 hesabıyla başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest