Aç-2020-nin 1/8 final mərhələsi çərçivəsində keçirilmiş Niderland - çexiya matçının ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, çexiya yığmasının sağ cinah müdafiəçisi Tomaş Holeş bu görüşün ən yaxşısı seçilib.
 
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 28 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının qələbə qazanmasında əsas pay sahiblərindən birinə çevrilib. O, həm qarşılaşmada hesabı açıb, həm də ikinci qol zamanı məhsuldar ötürmə müəllifi olub.
 
Qeyd edək ki, Niderland - çexiya matçı 0:2 hesabıyla başa çatıb. Nəticədə çexlər 1/4 finala vəsiqə qazanıblar və Bakıda Danimarka yığmasıyla üz-üzə gəlmək şansı qazanıblar.
 
Tomaş Holeş Praqa "Slaviya"sının formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest