Futbol üzrə Avropa çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.
 
Matc.az xəbər verir ki, ikinci oyun gününün ilk matçında Niderland və çexiya yığmaları üz-üzə gəlib.
 
Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da baş tutan görüş çexlərin qələbəsi ilə yekunlaşıb - 2:0.
 
Beləliklə, iyulun 3-də Bakı Olimpiya Stadionunda keçiriləcək 1/4 final matçında qarşılaşacaq hər iki komandanın adına aydınlıq gəlib. 1/4 finala vəsiqəni bir gün əvvəl təmin etmiş Danimarka yığması Bakıda çexiya yığması ilə üz-üzə gələcək. çexiya – Danimarka matçına saat 20:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest