Himn səsləndirilən zaman trek üzərində dayanacaq müxtəlif millətlərin nümayəndələri əllərində Azərbaycan bayrağı tutacaqlar. Onlar Bakıda keçirilən beşinci Formula 1 yarışını simvolizə edən və barış işarəsini əks etdirən "V" formasında dayanacaqlar.

Formula 1 üzrə Azərbaycan qran-prisinin açılış mərasiminin proqramı açıqlanıb.
 
Matc.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının dövlət himni vətən müharibəsi qazisi Atəş Qarayev və Səbinə Babayeva tərəfindən səsləndiriləcək.
 
Himn səsləndirilən zaman trek üzərində dayanacaq müxtəlif millətlərin nümayəndələri əllərində Azərbaycan bayrağı tutacaqlar. Onlar Bakıda keçirilən beşinci Formula 1 yarışını simvolizə edən və barış işarəsini əks etdirən "V" formasında dayanacaqlar.
 
Saat 16:00-da Formula 1-də əsas yarışa start veriləcək və yekunda qalib müəyyənləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest