Azərbaycan para-üzgüçüsü Raman Saleh Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa çempionatının qızıl medal qazanıb.
 
Matc.az xəbər verir ki, idmançı 100 metr məsafəyə arxası üstə üzmə növündə 1 dəqiqə 1,57 saniyə nəticə göstərərək bütün rəqiblərini geridə qoyub.
 
Qeyd edək ki, Raman Saleh Tokio-2020 Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest