Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç Azərbaycan Respublikasının Gənclər və İdman Naziri Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.
 
Matc.az xəbər verir ki, UWW-nin prezidenti Azad Rəhimovun dünyasını dəyişməsi xəbərini böyük kədərlə qarşıladığını bildirərək, mərhumun ailə üzvlərinə və yaxınlarına, o cümlədən Azərbaycan idman ictimaiyyətinə dərin hüznlə başsağlığı verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest