“Zirə”  yeni futbolçu ilə müqavilə bağlayıb. Matc.az  klubun saytına istinadən xəbər verir ki, Bakı təmsilçisi  Rodriqo Bonqonquini transfer edib. 28 yaşlı hücumçu ilə cari mövsümü sonuna kimi anlaşılıb.
 
Qeyd edək ki, fransalı futbolçu daha əvvəl ölkəsinin “Sedan”, “Paris”, “Le Erbe”, Xorvatiyanın “Slaven Belupo”, Sloveniyanın “Tabor” və İsrailin “Hapoel Hadera” klublarında çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest