"Real" İspaniya La Liqasının 25-ci turunda "Real Sosyedad"la heç-heçəyə razılaşıb - 1:1.
 
Matc.az xəbər verir ki, bu oyun Madrid klubunun yarımmüdafiəçisi Toni Kroos üçün rekordla əlamətdar olub.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə Kroosun Madrid klubunun heyətində 309-cu oyuna çıxdığı diqqətə çatdırılıb. Bununla da 31 yaşlı yarımmüdafiəçi "Real"da ən çox oyun keçirən alman futbolçuya çevrilib.
 
Bundan əvvəlki rekord 308 oyunla keçmiş yarımmüdafiəçi Uli Ştilikeyə məxsus idi.
 
Kroos 2014-cü ildən "Real"da çıxış edir. O, bu görüşlərdə rəqib qapılarından 21 top keçirib.
 
"Real Sosyedad"la oyun madridlilərin digər yarımmüdafiəçisi Vinisus Junior üçün də əlamətdar olub. Braziliyalı vinger "Real"da 100-cü rəsmi matçına çıxıb. 2018-ci ildən Madrid təmsilçisinin uğurları üçün çalışan 20 yaşlı futbolçu bu görüşlərdə 13 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest