“Qarabağ”ın zədələnən futbolçusu Filip Ozobiçin durumuna aydınlıq gəlib.
 
Matc.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi təxminən bir həftədən sonra məşqlərə başlayacaq.
 
Ötən məşqlərin birində xəsarət alan xorvatiyalı oyunçunun Azərbaycan Kubokunun 1/4 final matçlarına qədər sıraya dönəcəyi gözlənilir. (Report)
 
Qeyd edək ki, "Qarabağ" fevralın 1-də və ya 2-də Azərbaycan Kubokunda “Turan Tovuz” - “Qəbələ” cütünün qalibi ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest