"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib.

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib.
 
Matc.az xəbər verir ki, 39 yaşlı mütəxəssis 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
 
"Maraqlı və gərgin oyun alındı. İki gündür Bakıda qar yağırdı. Meydanın sürüşkənliyi futbolçulara da təsirsiz ötüşmürdü. Buna baxmayaraq, hər iki komanda həm mübariz, həm də keyfiyyətli oyun göstərdi. "Qəbələ" rəngarəng oyun göstərən komandadır. Bunu öz üzərimizdə hiss etdik. "Qəbələ" ilə keçirdiyimiz ilk dövrədəki oyunu da nəzərə alsaq, rəqibin güclü komanda olduğunu deyə bilərəm. İtkilərimiz var idi. Buna baxmayaraq, yaxşı mübarizə aparmağa, rəqibin səhvindən yararlanmağa çalışdıq. Futbol səhvlər oyunudur, kim istifadə etsə, qalib gəlir. Oyun bərabər səvyyədə getdi. Birinci hissəyə passiv başladıq, "Qəbələ"nin inamlı start götürməsinə on dəqiqəyədək dözdük. Rəqibi analiz etmişdik. Bilirdik ki, bütün rəqiblərə qarşı öz oyunlarını sərgiləyir, futbolu eybəcərləşdirmirlər. Fasilədə müəyyən tapşırıqlarım oldu. Hesab imkan verdi ki, ehtiyatlı oynayaraq, qol imkanları yaradaq".
 
Sadıqov hakimlərin "Zirə"ni çox sıxdığına dair fikirlərə də münasibət bildirib: "Qətiyyən razı deyiləm. Sadəcə, bəzən belə qərarlar olur və bizim başımıza gəlir deyə, emosional reaksiya verir, məyus oluram".
 
Baş məşqçi "Qarabağ"dan icarəyə götürdükləri Musa Qurbanlının uğurlu debütünə xüsusu toxunub: "Musa komandamıza yaxşı uyğunlaşdı. Əmin idim ki, adaptasiya problemi olmayacaq. Bu gün meydanada olduğu müddət ərzində yaxşı çıxış etdi, qol vurdu. Hamı kimi Musanın oyunundan da razı qaldım. Digər yeni transferimiz Nemanya Andelkoviçə gəlincə, o mövqeyə yaydan bəri oyunçu axtarırıq. Elə oldu ki, mövsümün əvvəlində iki stopper götürdüm. çempionatın gedişində cəzalar, cərimələr oldu. Cəlal Hüseynov da özünü göstərir, əsas üzvlərdən birinə çevrilib. Amma rəqabət yaxşıdır, əlimin altında stopperlərin olması müsbət haldır. Bəzən 5 müdafiəçi ilə oynamağı xoşlayıram. Taktiki gedişlərə imkan olacaq. Yeni gələn oyunçu da gənc, perspektivlidir. İnanıram ki, həm öz oyununu inkişaf etdirəcək, həm də komandamıza kömək olacaq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest