Mahirin adı bir müddət əvvəl Türkiyənin "Beşiktaş" klubu ilə də hallanırdı.

"Qarabağ"ın futbolçusu Mahir Emreli Polşa klubunun maraq dairəsindədir.
 
Matc.az xəbər verir ki, bu barədə sözügedən ölkənin "mkszaglebie.pl" saytı məlumat yayıb.
 
Məlumata görə, Azərbaycan millisinin üzvü "Zaqlebye" klubunun hədəfindədir. Bildirilir ki, klub hücum xəttində olan boşluğu Emreli ilə doldurmaq niyyətindədir. 23 yaşlı futbolçunun tezliklə klubu ziyarət edə biləcəyi də qeyd olunub.
 
Xəbərdə, Emrelinin "Qarabağ"la müqaviləsinin cari mövsümün sonunda başa çatacağı vurğulanıb.
 
Mahirin adı bir müddət əvvəl Türkiyənin "Beşiktaş" klubu ilə də hallanırdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest