“Oyunun keçirilməsi ehtimalı çox azdır. UEFA-nın hansı qərarı verəcəyini bilmirik, gözləyirik. Həqiqət budur ki, hazırkı vəziyyət və təqvimə görə oynamamağımız daha yaxşı olar"

İspaniyanın “Vilyarreal” klubunun müdafiəçisi Pau Torres Avropa Liqasının qrup mərhələsinin sonuncu - 6-cı turu çərçivəsində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirməli olduqları oyunun baş tutmaması barədə xəbərlərə münasibət bildirib.
 
Matc.az xəbər verir ki, 23 yaşlı futbolçu ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:
 
“Oyunun keçirilməsi ehtimalı çox azdır. UEFA-nın hansı qərarı verəcəyini bilmirik, gözləyirik. Həqiqət budur ki, hazırkı vəziyyət və təqvimə görə oynamamağımız daha yaxşı olar. Ümid edirəm ki, oyun ləğv ediləcək. Ancaq oynamağımız lazım gələrsə, meydana çıxacağıq. Qrupdakı vəziyyətə görə qarşılaşmanın keçirilməyəcəyini düşünürük. Hazırda La Liqada "Betis"lə matça köklənmişik".
 
Qeyd edək ki, "Qarabağ" klubunda koronavirusa kütləvi yoluxma halı aşkarlandığı üçün "Vilyarreal"la matç təxirə salınıb. Qarşılaşma ilə bağlı yekun qərarı UEFA verəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest