Norveçin baş naziri Erna Sulberq maraqlı addımla diqqət mərkəzinə düşüb. Matç.az saytı xəbər verir ki, o, tvitter hesabı vasitəsilə "Mançester Yunayted"in yeni baş məşqçisinin adını açıqlayıb.

Belə ki, Sulberq həmyerlisi Ole Qunnar Sulşeri "Mançester Yunayted"in baş məşqçisi təyin olunması münasibətilə təbrik edib. Ancaq baş nazir "Norveç futbolu üçün böyük gündü. Sulşerə "Mançester Yunayted"də uğurlar arzulayıram", fikrini yazdığı tviti bir qədər sonra silib.

Qeyd edək ki, Joze Mourinyo ilə yollarını ayıran "Mançester Yunayted" bu posta müvəqqəti olaraq Maykl Kerriki gətirsə də, yeni baş məşqçi axtarışlarını davam etdirir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest