PSJ Fransa çempionatının 12-ci turu çərçivəsində "Bordo" ilə 2:2 hesablı bərabərliyə razılaşıb.
 
Matc.az xəbər verir ki, bu oyun Paris klubunun hücumçusu Neymar üçün əlamətdar olub.
 
Komandasının ilk qolunu vuran braziliyalı futbolçu Liqa 1-də vurduğu qolların sayını 50-yə çatdırıb. O, 50 qolu 58 oyunda vurmağı bacarıb. Hücumçu PSJ-nin heyətində 50 qol həddinə ən tez çatan futbolçu olub. O, bu göstəricidə komandanın keçmiş futbolçusu Zlatan İbrahimoviçi geridə qoyub. İsveçli futbolçu 50 qolu 59 oyunda vurmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest