Futbol üzrə Azərbaycan Premyer Liqasının 10-cu turunun "Sabah" – "Səbail" oyunu təxirə salınıb.
 
Matc.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, "Sabah" – "Səbail" oyunu bəzi futbolçuların yenidən COVİD-19 testindən keçəcəyi üçün 21.11.2020 tarixdə baş tutmayacaq.
 
Oyunun tarixi ilə bağlı əlavə məlumat Peşəkar Futbol Liqasının rəsmi saytında yerləşdiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest