2021-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatında bütün qrupların tərkibi dəqiqləşib.

2021-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatında bütün qrupların tərkibi dəqiqləşib.
 
Matc.az xəbər verir ki, bu, AÇ-2020-nin pley-off mərhələsində final oyunlarından sonra məlum olub.
 
Son 4 vəsiqəyə Şimali Makedoniya, Şotlandiya, Slovakiya və Macarıstan sahib çıxıb. Onlar müvafiq olaraq, C, D, E və F qruplarına düşüblər.
 
A qrupu: Türkiyə, İtaliya, Uels, İsveçrə
 
B qrupu: Danimarka, Finlandiya, Belçika, Rusiya
 
C qrupu: Niderland, Ukrayna, Avstriya, Şimali Makedoniya
 
D qrupu: İngiltərə, Xorvatiya, Şotlandiya, Çexiya
 
E qrupu: İspaniya, İsveç, Polşa, Slovakiya
 
F qrupu: Macarıstan, Portuqaliya, Fransa, Almaniya
 
Qeyd edək ki, koronavirus pandemiyasına görə gələn ilə təxirə salınmış AÇ-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Çempionat oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.
 
Bakı Olimpiya Stadionunda A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmaları, eləcə də 1/4 final mərhələsinin bir oyunu təşkil olunacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest