Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
 
Matc.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 9-cu turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
 
"Səbail" - "Sumqayıt" oyununda qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
 
"Keşlə" – "Qəbələ" oyununda həm meydan sahiblərindən, həm də qonaqlardan bəzi rəsmi şəxslər "A" buraxılış vərəqəsindən istifadə etmədiyi üçün hər iki klub ayrı-ayrılıqda 800 manat cərimə olunub.
 
"Neftçi" – "Qarabağ" oyununda oyun öncəsi təcili yardım nümayəndəsi təyin olunan vaxtda (yeni təlimata görə oyunun başlamağına ən geci 45 dəqiqə qalmış) gəlmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunub.
 
"Sabah" – "Zirə" oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. "Zirə"nin futbolçusu Mateus Albino ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest