Qonaqların qapısına yol tapan forvard Premyer Liqada keçirdiyi 272-ci matçında 60-cı dəfə fərqlənib. O, yarışın tarixində 60 və ya daha çox qol vuran 29-cu oyunçu olub.

Rauf Əliyev Azərbaycan çempionatlarında 60-cı qolunu vurub.
 
Matc.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, yubiley 9-cu turun "Səbail" – "Sumqayıt" oyununa (2:1) təsadüf edib.
 
Qonaqların qapısına yol tapan forvard Premyer Liqada keçirdiyi 272-ci matçında 60-cı dəfə fərqlənib. O, yarışın tarixində 60 və ya daha çox qol vuran 29-cu oyunçu olub.
 
İlk qoluna 2006/07 mövsümündə "Qarabağ"ın heyətində imza atan forvard Ağdam klubunda daha çox – 23 top keçirib. ümumilikdə 7 klubda fərqlənən Əliyev "Keşlə"də 12, "Bakı"da 11, "Səbail"də 6, "Qəbələ"də 4, "Xəzər Lənkəran"da 3, "Neftçi"də 1 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest