 
 
	Futbol üzrə Türkiyə Super Liqasında 6-cı turun oyunları keçirilir.
	Matc.az xəbər verir ki, bazar günü üç qarşılaşma baş tutub.
	"Yeni Malatyaspor" doğma meydanda "Gənclərbirliyi"nə, "Alanyaspor" "Fatih Karagümrük"ə qalib gəlib.
	Turun mərkəzi görüşü İstanbulda keçirilib. "Fənərbaxça" doğma meydanda əzəli rəqiblərindən olan "Trabzonspor"u sınağa çəkib. Dörd qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə başa çatıb.
	Bu tur keçirilməli olan "Ankaragücü" – "Hatayspor" oyunu koronavirusa görə təxirə salınıb.
	Türkiyə Super Liqası
	6-cı tur
	23 oktyabr
	Kasımpaşa – Göztəpə 0:0
	24 oktyabr
	Qaziantep – Konyaspor 1:0
	Qol: M.Demir, 76.
	Başakşəhər – Antalyaspor 5:1
	Qol: Vişça, 11; 23. İ.Kahveçi, 27. Krivelli, 35. Julyano, 84 – Podolski, 14.
	Ərzurumspor – Qalatasaray 1:2
	Qol: Novikovas, 45-pen – E.Kılınc, 20. Falkao, 64.
	25 oktyabr
	Yeni Malatyaspor – Gənclərbirliyi 2:1
	Qol: S.Kaya, 24. K.Kanatsızkuş, 53 – M.Yıldırım, 10.
	Alanyaspor – Fatih Karagümrük 2:0
	Qol: Davidson, 8. Babakar, 81.
	Fənərbaxça – Trabzonspor 3:1
	Qol: S.Asan, 51-öz qapısına. Valensiya, 55. Sisse, 72 – Afobe, 23.
	26 oktyabr
	21:00 Dənizlispor – Beşiktaş
	21:00 Sivasspor – Rizəspor
				
         	
                                             
               
 
             
 















