Futbol üzrə İspaniya La Liqasında 7-ci tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. Açılış matçında "Valensiya" səfərdə "Elçe" ilə qarşılaşıb. üç qolun qeydə alındığı görüş meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
 
"Atletiko" bu turda "Betis"lə, "Sevilya" isə "Eybar"la üz-üzə gələcək. "Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Vilyarreal" bu tur "Kadis" səfərinə yollanacaq.
 
7-ci tur çərçivəsində mövsümün ilk "el klasiko"su keçiriləcək. "Barselona" doğma meydanda əzəli rəqibi "Real"ı qəbul edəcək.
 
İspaniya La Liqası
7-ci tur
23 oktyabr
 
Elçe – Valensiya 2:1
Qol: Pomares, 19. Fidel, 37 – Lato, 74.
 
24 oktyabr
 
18:00 Barselona – Real
20:30 Osasuna – Atletik
20:30 Sevilya – Eybar
23:00 Atletiko – Betis
 
25 oktyabr
 
17:00 Valyadolid – Alaves
19:00 Kadis – Vilyarreal
21:30 Xetafe – Qranada
00:00 Real Sosyedad – Hueska
 
26 oktyabr
 
00:00 Levante – Selta

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest