Niderlandın "Alkmaar" klubunda 9 nəfər koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
 
Koronavirus testi pozitiv nəticə verənlərdən üçü klub işçisi, altısı isə futbolçudur. Oyunçulardan dördü əsas heyətin, ikisi gənclərdən ibarət komandanın üzvüdür. 
 
Virus aşkarlanan şəxslərin adları açıqlanmır. Onların hamısı karantinə alınıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest