Topaz Premyer Liqasının XIV turu 4 futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Matç.az saytı xəbər verir ki, onlardan biri qırmızı, üçü sarı vərəqə sayına görə növbəti turu buraxacaq.

"Səbail"lə görüşdə "Qəbələ"ni azlıqda qoyan Rauf Əliyev 2019-cu ilin ilk oyununda meydana çıxa bilməyəcək. O, "Sumqayıt"la ev qarşılaşmasından kənarda qalacaq.

Raufla eyni oyunda sarı vərəqə alan Tome Kitanovski isə "Səbail"in "Keşlə" ilə görüşünü buraxmalıdı. Legioner mövsümdə 4-cü sarı vərəqəsini alıb.

Onun oynamayacağı qarşılaşmaya "Keşlə" daha böyük itki ilə çıxacaq. Sonuncuların iki üzvü - Nikola Mitroviç və Slavik Alxasov 4-cü xəbərdarlıq səbəbindən cəzalı durumdadı. Onlar "Sabah"la matçdan sonra bu vəziyyətlə üzləşib.

Qeyd edək ki, XV tur 2019-cu il fevralın 2-3-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest