Almaniya çempionu "Bavariya"dan ayrılan İspaniya yığmasının yarımmüdafiəçisi Tyaqo Alkantaranın "Liverpul"a keçidi rəsmiləşib.
 
Matc.az xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.
 
29 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Alkantara yeni komandasında "6" nömrəli formanı geyinəcək.
 
İngiltərə mətbuatı "Liverpul"un bu transfer üçün "Bavariya"ya 25 milyon avro ödədiyini yazıb. Bonuslarla bu məbləğ 30 milyon avroya çıxa bilər.
 
Tyaqo 2013-cü ildə "Barselona"dan "Bavariya"ya keçmişdi. İspan futbolçu Münhen təmsilçisi ilə 7 dəfə Bundesliqanın, 4 dəfə Almaniya kubokunun, 3 dəfə Almaniya superkubokunun, 1 dəfə UEFA çempionlar Liqasının, 1 dəfə klublararası dünya çempionatının, 1 dəfə UEFA superkubokunun qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest