Sabah Topaz Premyer Liqasında 2018/19 mövsümün ilk yarısına yekun vurulacaq. Matç.az saytı xəbər verir ki, eyni gündə keçiriləcək XIV turun görüşləri ilə həm II dövrə, həm də ilk yarı başa çatacaq.

Oyun gününə "Əlincə Arena"da start veriləcək. 4-cü pillədə qərarlaşan "Sabah" mövqeyini qorumaq üçün "Keşlə"yə qalib gəlməlidi. çünki "Qəbələ" qələbə ilə turnir cədvəlinin ilk yarısına yüksələ bilər. "Keşlə" isə son sıradan qurtulmaq üçün səfərdən xalla dönməlidi.

Bakılıların turnir cədvəlindəki qonşusu "Zirə"ni çətin sınaq gözləyir. Qəsəbə klubu heç vaxt yenmədiyi "Qarabağ"la qarşılaşacaq. Son illərin dəyişməz çempionu liderlə xal fərqinin artmaması üçün meydana qələbə üçün çıxacaq.

Qış fasiləsinə 3-cü pillədə yollanacağı dəqiqləşən "Səbail" mövqeyini daha da möhkənlətmək üçün xal hesabını artırmalıdı. Bakılılar ev oyununda "Qəbələ"ni sınağa çəkəcək. Mükafatlar uğrunda mübarizədən uzaq düşməmək üçün əyalət klubu rəqib meydannda 3 xal qazanmalıdı.

Premyer Liqada ilə liderin matçı ilə yekun vurulacaq. "Neftçi" öz meydanında "Sumqayıt"ı sınağa çəkəcək. Heyətində ciddi itkilər olan paytaxt təmsilçisi təmin etdiyi qış çempionluğunu qələbə ilə bayram etmək əzmindədi. Əks halda isə izləyicilərlə xal fərqi azala bilər.

 

Topaz Premyer Liqası

XIV tur

9 dekabr (bazar)

16:00. "Sabah" – "Keşlə"

"Əlincə Arena". Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Elşad Abdullayev, Alik Yunusov

17:00. "Zirə" – "Qarabağ"

"Dalğa Arena". Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Nail Nağıyev

17:30. "Səbail" – "Qəbələ"

"Bayıl Arena". Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Səbuhi Bayramov

19:00. "Neftçi" –  "Sumqayıt"

"Bakcell Arena". Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Cavanşir Yusifov, Ziya Nəsirov

1

Neftçi

13

10

2

1

26-10

32

2

Qarabağ

13

8

3

2

26-14

27

3

Səbail

13

6

2

5

16-14

20

4

Sabah

13

5

2

6

11-18

17

5

Qəbələ

13

4

4

5

17-18

16

6

Sumqayıt

13

4

2

7

13-20

14

7

Zirə

13

2

4

7

12-19

10

8

Keşlə

13

2

3

8

14-22

9

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest