Fransanın “Strasburq” klubunda koronavirusa 4 yeni yoluxma aşkar edilib.
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı bildirib.
 
Qeyd edilir ki, iyulun 29-da komandanın 5 üzvünün COVID-19 testinin nəticəsinin müsbət olmasından sonra yeni analizlərin verilməsi barədə qərar qəbul edilib.
 
Beləliklə, hazırda karantində doqquz nəfər var. Bununla əlaqədar olaraq “Strasburq” “Reyms”lə avqustun 8-ə planlaşdırılan yoldaşlıq matçını təxirə salmağa qərar verib.
 
Xatırladaq ki, “Strasburq” 27 turdan sonra 38 xal yığaraq Fransa çempionatının vaxtından əvvəl başa çatmış mövsümünün turnir cədvəlində 11-ci yeri tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest