"Mançester Siti" klubu transfer dönəmində daha 5 oyunçunu heyətinə cəlb etmək niyyətindədir. Matc.az "Sky Sports" nəşrinə istinadən xəbər verir ki, "şəhərlilər" yeni mövsümün başlanma tarixi olan sentyabrın 12-nə qədər futbolçuları almaq fikrindədir.

Məlumata görə, Mançester klubu müdafiə və sol cinahı gücləndirməyi planlaşdırır. Komandanın "Napoli"nin müdafiəçisi Kalidu Kulibali ilə anlaşdığı iddia edilir.

Bununla yanaşı, rəhbərlik Serxio Aquero və David Silvaya da alternativ axtarır. Digər bir iddiaya görə isə "Mançester Siti" "Atletiko"nun gənc ulduzu Yoa Felikslə də maraqlanır. ümumilikdə rəhbərliyin bu mövsüm transfer üçün 300 milyon funt sterlinq ayırdığı bildirilir.

Xatırladaq ki, Avropada "transfer pəncərəsi" oktyabrın 5-də bağlanır.

Qeyd edək ki, "şəhərlilər" "Valensiya"da çıxış edən Ferran Torreslə anlaşdığını elan edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest