İtaliyanın “Fiorentina” klubu baş məşqçisi Cüzeppe Yakini ilə müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Tərəflər arasındakı yeni müqavilənin müddəti 2020/21 mövsümünün sonuna qədər nəzərdə tutulub.
 
Qeyd edək ki, Yakini 2019-cu ilin dekabrından “Fiorentina”nı çalışdırır. Onunla mövsümün sonuna kimi müqavilə imzalansa da, nəticələr qənaətbəxş olduğundan, rəhbərlik 56 yaşlı mütəxəssisi postunda saxlamağa qərar verib.
 
“Fiorentina” A Seriyasında sona bir tur qalmış 20 kollektiv arasında 10-cu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest