Süleymanov açıqlamasında azad agent statuslu futbolçuya çevrildiyini bildirib. O, "Zirə"də qalıb-qalmayacağının sual altında olduğunu söyləyib

"Qarabağ" klubu son olaraq icarə əsasında "Zirə"də çıxış etmiş Nicat Süleymanovla yollarını ayırıb. 
 
Süleymanov açıqlamasında azad agent statuslu futbolçuya çevrildiyini bildirib. O, "Zirə"də qalıb-qalmayacağının sual altında olduğunu söyləyib: "Məni komandada daha bir mövsüm görmək istədiklərini demişdilər və yeni müqavilə təklif etmişdilər. Komandanın hazırkı durumu isə bəlli deyil. "Qarabağ"dan transfer kağızımı götürəndən sonra "Zirə" mənimlə əlaqə saxlamayıb. Klubda kimin qalıb-qalmayacağı bəlli deyil. Ona görə hələ ki, gözləyirəm". 
 
Qeyd edək ki, "Qarabağ" daha öncə qapıçı Vaqner da Silva, müdafiəçilər Ailton Silva və Faysal Rerrasla yollarını ayırıb. (report)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest