Futbol üzrə Estoniya çemponatında 6-cı turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi "Narva Trans" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Legion" ilə qarşılaşıb. Futbolçmuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.
 
Novruzov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.
 
Qeyd edək ki, "Narva Trans" 10 komandalı çempionatda 6 turdan sonra 2 xalla sonuncu pillədədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest