İcarə əsasında “Borussiya”da çıxış edən Əşraf Hakimi mövsüm sonu müqavilə ilə məxsus olduğu "Real"a qayıdır. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, mərakeşli futbolçu “kral klubu” ilə 2025-ci ilə qədər müqavilə imzalayacaq.

Oyunçunun “Real”la hazırkı sözləşmə müddəti 2021-ci ildə başa çatır. “Borussiya” Hakimini komandada saxlamaq istəsə də, Madrid təmsilçisi onunla müqaviləni uzatmaq niyyətindədir. 22 yaşlı müdafiəçinin agneti bu yaxınlarda oyunçunun “Real”da oynamaq istədiyini bildirib.

Qeyd edək ki, mərakeşli futbolçu cari mövsüm Dortmund klubunun heyətində 41 matçda çıxış edib və 9 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest