"çelsi" transfer pəncərəsində hücum xəttini gücləndirmək niyyətindədir. Matc.az "ESPN"ə istinadla xəbər verir ki, London klubu "Leyptsiq"in oyunçusu Timo Verneri heyətinə qatmaq niyyətindədir.

"Zadəganlar" daha öncə "Lion"un hücumçusu Musa Dembelini almaq istəsə də, Fransa klubunun futbolçu üçün tələb etdiyi 80 milyon funt sterlinq tranferin reallaşmasına mane oldu. Bu səbəbdən də "çelsi" maliyyətcə daha uyğun olan Vernerlə maraqlanır.

"Leptsiq"in forvardının müqaviləsində 49 milyon funt sterlinq qarşılığında sərbəst qalacağı qeyd edilib. Lakin Vernerlə "Liverpul" da maraqlanır.

Bundesliqa təmsilçisi isə 23 yaşlı hücumçu heç bir rəsmi təkifin olmadığını bildirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest