Koronavirus pandemiyasına görə təxirə salınan Gürcüstan çempionatının bərpa tarixi məlum olub.
 
Matc.az xəbər verir ki, bu barədə Gürcüstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Futbol üzrə Gürcüstan çempionatı iyunun 25-dən bərpa olunacaq.
 
Çempionatın başlanğıcına qədər futbolçular və məşqçilər korpusu iki dəfə koronavirus testindən keçəcək.
 
Gürcüstan çempionatı koronavirus pandemiyasına görə martda, 2-ci turdan təxirə salınmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest