"Milan" hücumçusu Zlatan İbrahimoviçlə bağlı bəyanat yayıb. Matc.az xəbər verir ki, klub isveçli forvardın zədəsi ilə bağlı yayılan iddialara aydınlıq gətirib.
 
A seriyası təmsilçisi veteran oyunçunun topuğunda sınıq olmadığını açıqlayıb. İbrahimoviçin dünənki məşqdə sağ ayağından zədə aldığını amma topuq nahiyəsində heç bir problem olmadığı bildirilir. Zlatanın 10 gündən sonra yenidən tibbi müayinədən keçəcəyi qeyd edilib.
 
Qeyd edək ki, mətbuatda İbrahimoviçin topuq sümüyünün sındığı, 38 yaşlı oyunçunun bu üzdən karyerasını başa vuracağı bildirilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest