Koronavirus pandemiyası səbəbiylə dayandırılan İspaniya La Liqasının bərpa tarixi açıqlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə La Liqanın prezidenti Xavyer Tebas yerli mətbuata açıqlamasında deyib. Tebas, çempionatın iyunun 11-də başlayacağını bildirib:
 
"çempionatın iyunun 11-də başlamasını planlaşdırırıq. Məqsədimiz növbəti həftə ilk dörd turun oyun cədvəlini açıqlamaqdır. ümid edirəm ki, La Liqanın başlayacağı tarix təsdiqlənər. İlk oyun "Sevilya" – "Betis" matçı olacaq".
 
Bundan əvvəl İspaniyanın baş naziri Pedro Sançes La Liqanın iyunun 8-də bərpa oluna biləcəyini açıqlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest