Premyer Liqa təmsilçisi "Lester"də çıxış edən çağlar Söyüncü klub saytına müsahibə verib. Matc.az xəbər verir ki, Türkiyə millisinin üzvü futbola necə başladığından danışıb:

"Futbola "Menemenspor"da başlayanda hücumda oynayırdım. Məşqçi həmin mövqedə olmağımı istəyirdi. Daha sonra iki müdafiəçimiz zədələndi, baş məşqçimiz məcburiyyətdən məni orada oynatdı. Türkiyədə birinci diviziondan Bundesliqaya transfer olunan yeganə oyunçuyam. Həmin vaxtlar mənim üçün çox çətin idi. 19 yaşım vardı. ölkəmdə qalmaq daha rahat olardı, ancaq mən bunu seçmədim. Futbola başlayanda məqsədim ailəm və dostlarımın mənimlə qürur duyması idi".

Qeyd edək ki, çağlar "Altınordu"dan "Frayburq"a transfer olmuşdu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest