Niderlandın "Den Haaq" klubu baş məşqçisi Alan Pardyu ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə Erediviziya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə 58 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilib. Onun köməkçiləri Kris Pauell və Pol Batlerin də postundan kənarlaşdığı diqqətə çatdırılıb. 
 
Qeyd edək ki, ingiltərəli mütəxəssis 2019-cu ilin dekabr ayında bu komandaya baş məşqçi təyin olunmuşdu. Onun komandası bu mövsüm 26 oyuna topladığı 19 xalla 18 iştirakçı arasında 17-ci pillədə qərarlaşmışdı. Lakin Niderland rəhbərliyi sentyabra qədər futbol da daxil olmaqla bütün idman yarışlarının, kütləvi tədbirlərin keçirilməsini qadağan edəndən sonra Erediviziyada 2019/20 mövsümü ləğv olunmuşdu.
 
Alan Pardyu karyerası ərzində "Ridinq", "Vest Hem", "çarlton", "Sauthempton", "Nyukasl", "Kristal Pelas" və "Vest Bromviç" kimi klubları da çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest