Aleksandr Dedov "Zirə"nin heyətində ilk dubluna imza atıb. Matç.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, moldovalı legioner "Sumqayıt"la Topaz Premyer Liqasının XII turunun ev oyununun (3:1) hər hissəsində 1 qol vurub.

Bu, bakılıların cari mövsümdə ikinci dubludu. Dedova qədər Mirsahib Abbasov bir oyunda 2 qol vurmağa nail olmuşdu. O, I turdan təxirə salınan "Qarabağ"la səfər matçında (2:3) fərqlənmişdi. Dedovun dublu "Zirə"nin tarixində 11-i Premyer Liqada olmaqla ümumilikdə 18-ci belə uğurudu.

Qeyd edək ki, "Zirə"də vurduğu qolların sayını 6-ya yüksəldən Dedov klub tarixinin bombardirləri siyahısında 8-ci yerə şərik olan Adil Nağıyev, Nurlan Novruzov, Yovan Krneta və Elnur Abdulova çatıb. Bütün qollarını Premyer Liqada vuran Aleksandr Vüsal İsgəndərli və Yovan Krneta ilə 4-cü yerə şərikdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest