Stefano Pioli mövsümün sonunda "Milan"ın baş məşqçisi postunu tərk edə bilər. Matc.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Bildirilir ki, rəhbərlik Unay Emerinin namizədliyini nəzərdən keçirir. Daha öncə "Sevilya", PSJ və "Arsenal"da çalışmış ispaniyalı mütəxəssisin "Milan"da işləməyə müsbət yanaşdığı qeyd edilir.

Bununla yanaşı, klub rəhbərliyi "Valensiya"nın sabiq baş məşqçisi Marselinoya da təklif göndərsə də, ispaniyalı İtaliyada çalışmaq istəmədiyini söyləyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest