"Yuventus"un ulduz futbolçusu Kristiano Ronaldo komandadan ayrılmaq niyyətindədir. Matc.az xəbər verir ki, 35 yaşlı oyunçu yenidən "Real"a qayıtmağı düşünür.

İtaliya mətbuatı yazır ki, koronavirus epidemiyası üzündən maaşların azaldılması portuqaliyalını narazı salıb. O, bundan sonrakı dönəmdə də əmək haqqısının azaldılmasına razı deyil. Bu səbəbdən də Ronaldo komandadan ayrılacaq. 35 yaşlı ulduz futbolçunun yenidən "Real"a qayıtmaq istədiyi bildirilir.

Ronaldo 2018-ci ildə Madrid təmsilçisindən "Yuventus"a keçmişdi. O, cari mövsümdə komandası ilə keçirdiyi 32 oyunda 25 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest