"Yuventus"un ulduz futbolçusu Kristiano Ronaldo İtaliyadan ayrıla bilər. Matc.az xəbər verir ki, Turin təmsilçisi oyunçunun maaşını verməkdə çətinlik çəkir.

Məlumata görə, Ronaldonu "Mançester Yunayted" və ya PSJ heyətinə qatmaq istəyir. Ancaq portuqaliyalı futbolçunun Fransa çempionatında oynamaq istəmədiyi bildirilir. Bu səbəbdən də onun yenidən İngiltərəyə qayıda biləcəyi ehtimal olunur.

Ronaldo "Yuventus"da illik 31 milyon avro qazanır. Onun komandası ilə müqaviləsi 2022-ci ilə qədərdir.

Qeyd edək ki, 35 yaşlı futbolçu bu mövsüm  "Yuventus"da 22 oyun keçirib və 21 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest