Müzakirələr nəticəsində qarşılaşmaların azarkeşsiz keçiriləcəyi vurğulanıb. Bildilib ki, turnir iyulda davam etdirilməlidi.

Futbol üzrə İngiltərə Premyer Liqasında 2019/20 mövsümü yayda 4-6 həftə ərzində tamamlana bilər. 
 
Matc.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə qərar çempionat rəhbərliyi, İngiltərə Futbol Assosiasiyası və Peşəkar Futbolçular Assosiasiyası arasındakı tele-konfrans zamanı verilib.
 
Müzakirələr nəticəsində qarşılaşmaların azarkeşsiz keçiriləcəyi vurğulanıb. Bildilib ki, turnir iyulda davam etdirilməlidi. 
 
Qeyd edək ki, İngiltərə Premyer Liqası martın 13-də koronavirusa görə dayandırılıb. Əvvəlcə mövsümün aprelin 3-də bərpa olunacağı açıqlansa da, müddət aprelin 30-dək uzadılıb. 29 turdan sonra "Liverpul" 82 xalla liderdi və ən yaxşı izləyicisi "Mançester Siti"ni 25 xal qabaqlayır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest